Ukraynanın şərqindəki münaqişədə ölənlərin sayı açıqlandı
29 dekabr 2014 23:12 (UTC +04:00)

Ukraynanın şərqindəki münaqişədə ölənlərin sayı açıqlandı

0

Apreldən etibarən Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 4771 nəfər ölüb.

 

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsində bildiriblər. 

 

“2014-cü il, dekabrın 24-ə olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair  hazırkı rəsmi rəqəm, Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 4 771 nəfərdir, yaralıların sayı isə 10 360 nəfər təşkil edib”, hesabatda deyilir.

 

BMT-nin yeni hesabatında, həmçinin, atəşkəs rejiminin mütəmadi olaraq pozulması və hərbi əməliyyatlar zonasını tərk edənlərin sayının artması qeyd olunur. Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar