Ukraynanın şərqində silahlı münaqişə başlayandan üç min adam həlak olub. Lent.az-ın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə ali komissarı Zeyd bin Raad əl-Hüseyn məlumat verib.
Ölən insanlar arasında dinc sakinlərin, hərbçilərin təsnifatı aparılmayıb.
“Reuters” agentliyi iyulun 17-də Amsterdam Kuala-Lumpur istiqamətində uçan və Donetskdə qəzaya uğramış “Malaysia Airlines” şirkətinə məxsus təyyarədə həlak olanların da üç min nəfərin içərisində yer aldığını dəqiqləşdirib.