Ukraynanın şərqində hərbi vəziyyət rejimi elan edilib
01 iyul 2014 02:54 (UTC +04:00)

Ukraynanın şərqində hərbi vəziyyət rejimi elan edilib

0

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində, Luqansk və Donetsk vilayətlərində hərbi vəziyyət rejimi elan edib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Ukrayna parlamentinin üzvü Oleq Lyaşko “Facebook” səhifəsində yazıb: “Milli Təhlükəsizlik və Müdafiə Şurasının toplantısı keçirilib. Məlumat görə qərar qəbul edilib. Anti-terror əməliyyatı bərpa olunub. Donbasda hərbi vəziyyət rejimi tətbiq edilib”.

 

Xatırladaq ki, həmin bölgədə atəşkəs iyunun 30-u Bakı vaxtı ilə saat 00.00-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar