Ukraynanın şərqində güc qurumlarının şəxsi heyəti tam tərkibdə dəyişdirilir
30 aprel 2014 07:12 (UTC +04:00)

Ukraynanın şərqində güc qurumlarının şəxsi heyəti tam tərkibdə dəyişdirilir

Ukraynanın müvəqqəti prezidenti, parlament sədri Aleksandr Turçinov daxili işlər naziri səlahiyyətlərini icra edən Arsen Avakovdan Luqansk və Donetsk, eləcə də ölkənin şərqindəki vilayətlərdə milis və Təhlükəsizlik Xidməti (TX) yerli idarələrinin şəxs heyətini tam tərkibdə dəyişməyi tələb edib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, məsələ ilə bağlı Turçinov bildirib: “Yerlərdəki peşə borcunu yerinə yetirə bilməyən güc qurumlarının bütün təmsilçiləri tutduğu vəzifədən azad ediləcək. Ukraynanı satan və terrorçularla əməkdaşlıq edən “hüquq mühafizəçiləri” qanun qarşısında cavab verəcəklər”.

 

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi(DİN) və Təhlükəsizlik Xidmətini heyəti yenidən təşkil olunacaq: “Ölkə rəhbərliyinin ukraynalı vətənsevərlərə, özəlliklə Ukraynanın şərqində yaşayana belə insanlara ehtiyacı var. Bu ilk növbədə Luqansk və Donetsk aiddir”.

 

A.Turçinov bildirib ki, könüllülərin, hüquq mühafizə orqanları və Ukrayna ordusunda xidmət etmək  istəyən təcrübəli şəxslərin qeydiyyata alınması üçün  DİN və TX-də “qaynar xətt” açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Oxşar yazılar