Ukraynanın şərqində döyüşən çeçenlərdir?
30 may 2014 07:10 (UTC +04:00)

Ukraynanın şərqində döyüşən çeçenlərdir?

ABŞ Ukraynanın şərqində çeçenlərin döyüşməsi ilə bağlı yayılan xəbərlərdən rahatsızdır.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, mayın 29-da jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki deyib.

 

O, deyib ki, dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında da bu məsələni qaldırıb.

 

Psaki daha sonra bildirib : “Kerri nazir Lavrovu Ukraynadakı separatçıları istənilən şəkildə dəstəkləməyi dayandırmağa, onların fəaliyyətini mühakimə etməyə, yaraqlıların silahlarını təhvil verməyə çağırıb”.

 

Xatırladaq ki, Donetskdəki terrorçuların komandiri Miroslav Rudenko “BBC”-yə müsahibəsində deyib: “Sıralarımızda çeçenlər var. Ancaq dəstəmizin əsasını onların təşkil etdiyini deyə bilmərəm. Bundan başqa onlar gəlmə deyillər. Onlar Donbasın çoxmillətli xalqının bir hissəsidir…”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523
avatar

Oxşar yazılar