“Ukrayna hərbçiləri ölkənin şərqində 60-dan artıq yaşayış məntəqəsini rusiyayönlü terrorçulardan təmizləyib”.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu xəbər ölkə prezidenti Pyotr Poroşenko administrasiyasının tvitter səhifəsində verilib.
“60–dan artıq yaşayış məntəqəsi azad edilib. Hərbi hissələrimiz Rusiya ilə sərhədboyu ərazilərdə tapşırıq yerinə yetirir”-deyə, məlumatda bildirilib.