Ukraynanın şərqində silahlı münaqişə başlayandan bəri 478 mülki vətəndaş öldürülüb, azı 1392 nəfər yaralanıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu açıqlamanı Ukraynanın Səhiyyə Nazirliyi verib. Mənbə bildirib ki, ölənlərin 7-i uşaqdır.
Nazirliyin məlumatına əsasən, 279 nəfər hazırda xəstəxanada stasionar şəraitdə müalicə olunur.
Mənbə xatırladıb ki, bir müddət öncə Ukraynanın Təhlükəsizlik Xidməti nəzarət altında olmayan ərazilərdə ölənlərin sayının qeydiyyatı aparılmayıb.