Ukraynanın NATO-ya daxil olması haqda qanun layihəsi hazırlanıb
05 mart 2014 20:20 (UTC +04:00)

Ukraynanın NATO-ya daxil olması haqda qanun layihəsi hazırlanıb

0

Ölkənin NATO-ya daxil olması ilə bağlı qanun layihəsi Ukrayna parlamentinə təqdim edilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, layihəni parlamentin «Batkivşina» fraksiyası hazırlayıb.

 

Layihədə «Ukrayna milli təhlükəsizliyinin əsasları haqqında» və «Daxili və xarici siyasətin əsasları haqqında» qanunlara dəyişiklik də təklif olunub.

 

Deputatlar Ukraynanın «bloklara qoşulmamaq statusunun» ləğvini təklif etməklə NATO-ya üzvlüyü irəli sürüb.

 

Parlament «Ukraynanın blokdan kənar statusu» haqqında qanunu 2010-cu il iyulun 1-də qəbul edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1230

Oxşar yazılar