Ukraynanın müdafiə naziri İqor Tenyux və baş nazirin I müavini Vitali Yarema təcili Krıma göndərilib. Lent.az-ın məlumatına görə, hər iki şəxs Rusiyaya birləşdirilən əraziyə Ukraynanın baş naziri Arseni Yatsenyukun göstərişi ilə gediblər.
Onlar vəziyyəti nizamlamaq üçün Krıma üz tutublar.
Qeyd edək ki, martın 16-da Krımda muxtariyyətin statusuna dair referendum keçirilib. Rəsmi rəqəmlərə əsasən, seçicilərin 96 faizi yarımadanın Rusiya ərazisinə daxil edilməsinə razılıq veriblər. Ötən gün Krım və Sevastopolun Rusiyanın tərkibinə girdiyi barədə müqavilə bağlanılıb.