Parlament prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinovun təqdimatı ilə Mixail Kovalı müdafiə naziri səlahiyyətlərinin icraçısı təyin edib. M. Kovalın namizədliyi 251 səslə dəstəklənib.
M. Koval 1956-cı ildə Xmelnitsk vilayətinin İzyaslav şəhərində doğulub. Ukrayna Sərhəd Qoşunlarının general-polkovnikidir. Bu il martın 5-də Krımda olarkən Yaltada naməlum şəxslər tərəfindən oğurlanıb. Danışıqlar nəticəsində azad edilib.