Rusiya Ukraynanın Krımdakı sonuncu gəmisini də ələ keçirib - <span style="color:red;">YENİLƏNİB
26 mart 2014 10:11 (UTC +04:00)

Rusiya Ukraynanın Krımdakı sonuncu gəmisini də ələ keçirib - YENİLƏNİB

0

Rusiya hərbçiləri Ukraynanın Krımdakı sonuncu «Çerkassı» gəmisini ələ keçirib.


 

Lent.az-ın «UNİAN.NET»-ə istinadən məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb. Bu haqda Ukrayna Müdafiə Nazirliyi Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev «Facebook» səhifəsində yazıb.

 

 

Xatırladaq ki, Rusiya hərbçiləri ötən gün Ukraynanın «Konstantin Olşanski» hərbi gəmisini ələ keçirib. 

 

***

22.22

Ukraynanın Krımdakı sonuncu gəmisinə hücum edilib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «UNN» bildirib ki, minaxtaran – «Çerkass» gəmisinə hücum Rusiyanın  2 «Mi-35» hərbi vertolyotunun müşayiəti keçirilib.

 

Gəminin ətrafında isə bir neçə itisürətli katerlər hərəkət edib.

 

Krımdakı Rusiya rəsmiləri bu məlumatı şərh etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1399

Oxşar yazılar