Mayın 3-də Ukrayna ordusu, Daxili İşlər Nazirliyi və Milli Qvardiyası rusiyayönlülərin nəzarətində olan Donetsk vilayətinin Kramatorsk şəhərində antiterror əməliyyat keçirib.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, əməliyyat nəticəsində yerli televiziya qülləsi və Təhlükəsizlik Xidmətinin binası rusiyayölülərdən azad edilib.
Mənbə ölən və yaralananların olduğunu da bildirib.