Ukraynanın keçmiş baş naziri axtarışdadır - YENİLƏNİB
04 iyul 2014 10:25 (UTC +04:00)

Ukraynanın keçmiş baş naziri axtarışdadır - YENİLƏNİB

0

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov barəsində beynəlxalq axtarış elan olunub. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu haqda xəbər yayıb.

 

Nazirlik onu da qeyd edib ki, Azarov İnterpol xətti ilə axtarılmayacaq.

 

Mətbuat xidməti keçmiş hökumət başçısının axtarışının səbəbi ilə bağlı açıqlama verməyib. Onu da qeyd edək ki,  Ölkənin keçmiş prezidenti Viktor Yanukoviç hakimiyyətinin fəaliyyəti araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 842

Oxşar yazılar