“Ukrayna dəmir yolları” şirkəti təkcə Krıma deyil, bütün daxili və beynəlxalq istiqamətlərə bilet satışını dayandırıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda şirkət açıqlama yayıb. Mənbə bildirib ki, bu qərar mayın 27 tarixli reyslərə də şamil ediləcək.
Qurum əlavə edib ki, qatarların hərəkət qrafikində dəyişiklik edildiyindən bir müddət öncə Krımın dəmiryolçuları biletlərin satışının «dondurulmasını» təklif etmişdi.