Ukraynalı səfir Rusiyanı “təcavüzkar” adlandırdı - <span style="color:red;">YENİLƏNİB
17 mart 2014 18:05 (UTC +04:00)

Ukraynalı səfir Rusiyanı “təcavüzkar” adlandırdı - YENİLƏNİB

0

“Biz Rusiyanın Ukraynaya qarşı açıq təcavüzünün şahidi olduq”. APA-nın məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

 

O qeyd edib ki, Ukraynanın Konstitusiya Məhkəməsi və Ali Radası Krımda keçirilən referendumun nəticələrini tanımır.

 

“Rusiya dünyaya güc siyasətini təklif edir. Yəni, əgər sən nüvə silahına maliksənsə, nə istəsən edə bilərsən. Biz Ukraynanın əvvəlki iqtidarının yürütdüyü siyasət sayəsində ərazilərin qoparılmasının şahidi olduq. Şimali Koreya və Suriya istisna olmaqla, dünyanın heç bir ölkəsi Rusiyanın siyasətini dəstəkləmədi”, - deyə səfir vurğulayıb. 

 

Kremlin siyasətini faşist siyasəti adlandıran A. Mişenko qeyd edib ki, Rusiya mətbuatı Ukraynada milli azlıqların hüquqlarının pozulması ilə bağlı əsassız məlumatlar yaymaqla ictimaiyyəti çaşdırır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1021

Oxşar yazılar