Ukraynalı nazir: «Ordumuz təcavüzkarı yerində oturda bilər»
15 mart 2014 06:10 (UTC +04:00)

Ukraynalı nazir: «Ordumuz təcavüzkarı yerində oturda bilər»

0

Ukrayna müdafiə naziri vəzifəsini icar edən İqor Tenyux  Krım Muxtar Respublikasındakı Rusiya hərbçilərinin sayından danışıb.

 

Lent.az-ın «newsru.ua»- ya istinadən məlumatına görə, o, deyib ki, Krımda 22 min Rusiya hərbçisi yerləşdirilib. Yalta limanına Qara dəniz Donanmasına desant gəmisi daxil olub.

Onun sözlərinə görə, Krımda yaradılan hərbi birləşmənin yardımı ilə yarımadadan kənarda hücum əməliyyatı keçirmək mümkündür.

 

Tenyux onu da vurğulayıb ki, Ukraynanın silahlı qüvvələri dövlət suverenliyini qorumaq üçün təcavüzkara cavab vermək vəziyyətindədir.

 

Bir müddət öncə qeyd edilmişdi ki, Ukrayna-Rusiya razılaşmasına əsasən Krıma 12 500 hərbçi yerləşdirilə  bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1184

Oxşar yazılar