Ukraynalı jurnalisti Rusiyaya buraxmayıblar
02 aprel 2014 20:04 (UTC +04:00)

Ukraynalı jurnalisti Rusiyaya buraxmayıblar

Ukraynanın «5-ci kanal» televiziyasının jurnalisti Oleq Kriştopu Rusiya ərazisinə buraxmayıblar.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda xəbəri Ukrayna Xarici İşlər Nazirliyinə əsaslanaraq, "İnterfaks-Ukraina" yayıb.

 

 

Jurnalistin həmkarları bildirib ki, o, Ruciya ilə həmsərhəddə, Çerniqovsk vilayətində rus tanklarını çəkməli imiş və bu zaman olay baş verib. Jurnalist  həmkarları əlavə edib ki, hazırda çəkiliş qrupu ilə əlaqə kəsilib.

 

Mənbə qeyd edib ki, təsdiqləməyən məlumata əsasən, çəkiliş briqadası saxlanılıb və onlardan izahat istənilir.

 

 

NATO təmsilçilərinin təxmini hesablamalarına görə, Ukrayna-Rusiya sərhədində Rusiya 40 minə yaxın hərbçi cəmləşdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572
avatar

Oxşar yazılar