APA-nın xəbərinə görə, Y. Butusov özünün “Facebook” səhifəsində 2015-ci il yanvarın 24-dən fevralın 18-nə qədər Debaltsevo ətrafında gedən şiddətli döyüşlərdə 163 hərbçinin həlak olduğunu, 110 nəfərin əsir düşdüyünü və 29 hərbçinin itkin düşmüş sayıldığını yazıb. O, konkret hansı hərbi hissənin nə qədər itki verdiyini rəqəmlərlə qeyd edib.
Jurnalist bildirib ki, bunlar hələ yekun rəqəmlər deyil və dəqiqləşdirmələr davam edir.
Separatçı qüvvələrin nə qədər itki verdiyi bəlli olmasa da, onların itkilərinin Ukrayna tərəfinin itkilərindən çox olduğu güman edilir.