“Naftoqaz” şirkətinin başçısı Andrey Kobolev bildirib ki, iyunun 16-dan etibarən Ukrayna Rusiyadan gələn qaz kəmərini həm ölkə, həm də Avropa üçün bağlayacaq.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri “24” telekanalı yayıb.
“Biz ən pis vəziyyətə hazırlaşırıq. İki günümüz var. Kompromis əldə ediləcəyinə ümid edirik. Biz Rusiya tərəfi Avropa dövlətlərindən birində bir daha danışıqlara dəvət etmişik. Həmin danışıqlara Avropa Birliyinin energetika komissarı Ettingeri də çağırmışıq və müzakirəni davam etdirməyə hazırıq”-deyə, o, söyləyib.