Ukraynanın Luqansk vilayətinin Rubejnoye şəhərinin cənubunda yerləşən hərbi hissəyə yaraqlılar basqın edib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, nəticədə 20 yaraqlı öldürülüb, 30 –dan çox terrorçu yaralanıb.
Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, hərbi hissəyə basqında 500-dən çox yaraqlı iştirak edib. Qurumun hesab edir ki, qrupun tərkibində rusiyalı peşəkar muzdlu döyüşçülər də olub.
Bir müddət öncə nazirlik təmsilçisi Rubejnoyedəki anti-terror əməliyyat nəticəsində 2 ukraynalı hərbçinin həlak olduğu, 7-sinin isə yaralandığı haqda məlumat vermişdi.