Ukraynadakı Rusiya qoşunlarının 70 faizi ölkəni tərk edib
10 sentyabr 2014 13:35 (UTC +04:00)

Ukraynadakı Rusiya qoşunlarının 70 faizi ölkəni tərk edib

 

Ukrayna ərazisindəki Rusiya qoşunlarının 70 faizi ölkədən çıxarılıb.


 

APA-nın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Petro Poroşenko Nazirlər Kabinetinin iclasında bildirib. O  deyib ki, Rusiya qoşunlarının böyük hissəsi sərhədin Rusiya tərəfinə geri çəkilib: “Kəşfiyyatın son məlumatlarına əsasən Rusiya qoşunlarının 70 faizi ölkədən çıxarılıb”. 

 

P. Poroşenko hesab edir ki, bu fakt sülh prosesinin yaxşı perspektivə malik olduğunu düşünməyə əsas verir. O, Minsk razılaşmalarının Ukrayna ərazilərinin qoparılmasını və yaxud federallaşmanı nəzərdə tutmadığını vurğulayıb: “İmzalanan protokolda hansısa federasiyadan, ayrılmadan söhbət getmir və gedə bilməz”.   

 

Xatırladaq ki, sentyabrın 5-də Minskdə keçirilən danışıqlarda Ukrayna ilə separatçıları arasında atəşkəs protokolu imzalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913
avatar

Oxşar yazılar