Rusiyayönlü yaraqlılar Ukraynada sabitliyi pozmaqda davam edərsə, habelə Rusiya bu ölkəyə neft tədarükünü dayandırarsa, o zaman Səudiyyə Ərəbistanı dünya bazarına bu məhsulun ixracını artırmağa hazırdır.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, krallığın neft sənayesi naziri Əli əl-Naimi deyib: “Biz neftlə bağlı yaranan çatışmazlığı aradan qaldırmağa hazırıq”.
Onun sözlərinə görə, hazırda bazarda sabitlik var və dəyişiklik üçün elə ciddi əsas yoxdur.
Nazir bildirib ki, Səudiyyə Ərəbistanı neft tədarükünü artırarsa, o zaman dünya bazarında onun bir barelinin qiyməti 100 dollaradək ucuzlaşar: “Yüz dollar istehlakçılar, istehsalçılar və neft şirkətləri üçün ədalətli qiymətdir”.