Ukraynada milliyyətçi “Sağ sektor” təşkilatının fəalları İvano-Frankovsk vilayəti üzrə Baş Ədliyyə İdarəsinin rəisi Vasili Kavatsyuku Rusiya yönümlü mövqedə ittiham edərək onu zibil qutusuna salıblar və üstünə yaşıl boya atıblar.
APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, insident İvano-Frankovsk şəhərində baş verib. “Sağ sektor”un təmsilçiləri Kavatsyukun iş otağına soxularaq ondan istefa ərizəsini yazmağı tələb ediblər. Məmur etirazını bildirdikdə “Sağ sektor”un fəalları onu zibil qutusuna salaraq dəmiryolu vağzalınadək sürüyüblər. Yol boyu müxtəlif şüarlar səsləndirən milliyyətçilər Vasili Kavatsyuka sonda yaşıl boya və yumurta ataraq sərbəst buraxıblar.