Ukraynada yaşayan azərbaycanlılar Poroşenkoya məktub göndərdi
08 yanvar 2015 21:26 (UTC +04:00)

Ukraynada yaşayan azərbaycanlılar Poroşenkoya məktub göndərdi

0

Ukraynada yaşayan azərbaycanlılar son günlər ölkədə azərbaycanlı iş adamlarına qarşı baş vermiş silahlı hücumlarla bağlı prezident Pyotr Poroshenkoya, baş prokuror Vitaliy Yaremaya və Ali Radaya məktub göndəriblər.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, müraciəti konqres sədri Rövşən Tağıyev və ölkənin 20-dən çox regionunda təmsil olunan Azərbaycan diasporu adından ünvanlanıb.

 

Məktubda dekabrın sonu və yanvarın əvvəlində Odessa vilayətində azərbaycanlı iş adamları Ram Atakişiyev və Şaiq Həsənova edilən hücumlar, onların ölümcül döyülməsi, o cümlədən, ölkənin bir neçə regionunda azərbaycanlıların obyektlərinə silahlı hücumların olması xatırladılıb. Bu məsələlərin Ukraynada yaşayan 350 mindən çox azərbaycanlını çox narahat etdiyi bildirilib.

Müraciətdə həmçinin hücum faktlarının iştirakçılar arasında milis əməkdaşlarının olmasından da narahatlıq ifadə edilib.

 

Müraciətdə Ukrayna rəhbərliyindən bu məsələləri yoluna qoymağa dəstək göstərmək xahiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar