Ukraynada Rusiya kəşfiyyatçıları ələ keçdi
12 mart 2014 13:53 (UTC +04:00)

Ukraynada Rusiya kəşfiyyatçıları ələ keçdi

0

Ukraynada Rusiya ordusunun kəşfiyyatçı qrupu saxlanılıb.


 

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdə bildirilir.

 

Kəşfiyyat qrupunun məqsədi Xerson vilayətində yerləşən Ukrayna ordusunun hərbi birləşmələri ilə bağlı məlumatların toplanılması olub. Məlum olub ki, qrupa Rusiya Silahlı Qüvvələri hərbi kəşfiyyatının zabiti rəhbərlik edib. O, saxta Ukrayna pasportundan istifadə edirdi.

 

Saxlanıldıqdan sonra həmin şəxs kəşfiyyat xarakterli məlumatların toplanması ilə məşğul olduğunu etiraf edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1170

Oxşar yazılar