Mayın 25-də Ukraynada prezident seçkisi keçiriləcək.
Mübarizənin əsasən, prezidentliyə namizədlər - Ukrayna parlamentinin üzvü Pyotr Poroşenko ilə “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko arasında keçəcəyi ehtimal edilir.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Ukraynanın aparıcı sosioloji araşdırma xidmət mərkəzləri daha çox şanslı namizədi müəyyənləşdirmək üçün sorğu keçirib.
Rəyi soruşulanların 53,2 faizi P.Poroşenkoya, 10, 1 faizi isə Y.Timoşenkoya səs verəcəyini bildirib. Sorğunun nəticəsinə görə, respondentlərin 80 faizdən çoxu səsvermədə iştirak edəcəyini bildirib.
“Sotsis” Sosioloji Araşdırma və Marketiq Mərkəzinin direktoru Nikolay Çurilov isə bildirib ki, onların keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, rəyi soruşulanların 34 faizi P.Poroşekonu, 6,5 faizi Timoşeknonu, 5,8 faizi isə Sergey Tiqipkonun dəstəkləyəcək.
Xatırladaq ki, bu tədbiri Ukraynanın üç sosioloji mərkəzi – “Sostis”, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, “Reytinq” Sosioloji Qrupu keçirib. Mayın 8 -13-ü tarixində keçirilən sorğuda Krım istisna olmaqla, Ukraynanın bütün ərazilərindən 18 yaşdan yuxarı 6,2 min respondent iştirak edib.