Ukraynada prezident seçkilərinin qalibi müəyyənləşdi
26 may 2014 10:59 (UTC +04:00)

Ukraynada prezident seçkilərinin qalibi müəyyənləşdi

APA TV-nin xəbərinə görə, dörd telekanalın birgə keçirdiyi "exit-poll"un nəticələri onu deməyə əsas verib ki, Ukraynada prezident seçkilərinin ikinci turu olmayacaq. Çünki qalibin müəyyənləşməsi üçün namizədlərdən birinin səslərin 50 faizdən çoxunu qazanması kifayətdir.

 

Pyotr Poroşenko 2004-cü ildə "narıncı inqilab"dan sonra siyasət aləmində tanınmağa başlayıb. İnqilab nəticəsində Ukrayna prezidenti seçilən Viktor Yuşşenkoya Pyotr Poroşenko maliyyə və informasiya dəstəyi verib. Çoxları onun dövlətin ikinci adamı olacağını gözləsə də, bu, baş vermədi.

 

Pyotr Poroşenko baş nazir vəzifəsinə namizədlərdən biri idi. Lakin 2005-ci ilin yanvarında bu vəzifəni Yuliya Timoşenko tutdu. Poroşenko isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsi ilə kifayətlənməli oldu. Milli Banka, xarici işlər və iqtisadi inkişaf nazirliklərinə rəhbərlik edən Pyotr Poroşenko yüksək vəzifələrdə kifayət qədər təcrübə toplayıb.

 

O, 2012-ci ildə müstəqil deputat oldu. 2013-cü ilin sonunda Kiyevdə kütləvi etiraz aksiyaları başlayandan sonra Pyotr Poroşenkonun nüfuzu sürətlə artmağa başladı.

 

"Forbes" jurnalının məlumatına görə, Pyotr Poroşenko ukraynalı iş adamları arasında yeddincidir. Onun sərvətinin bir milyard avro olduğu deyilir. Qənnadı sənayesindəki müəssisələri Poroşenkoya "Şokolad kralı" ləqəbini qazandırıb. Əleyhdarları bildirirlər ki, o, prezident olmağı dövlət maraqları yox, ilk növbədə şəxsi maraqları üçün istəyir.

 

Pytor Poroşenko "exit-poll" nəticələri elan edildikdən sonra bildirib ki, Krımın Rusiyaya birləşdirilməsini və ölkənin şərqində keçirilən qondarma referendumları tanımır. Onun sözlərinə görə, mayın 25-də Ukrayna xalqı strateji seçimini edib. Bu seçim Avropaya inteqrasiyadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Oxşar yazılar