Ukraynanın yeni prezidenti 5 il müddətinə seçiləcək.
Lent.az-ın “Ukrainskiye novosti”-yə istinadən məlumatına görə, bu haqda ölkənin Ana Yasa məhkəməsi açıqlama verib.
“Ana Yasa məhkəməsi artıq bu haqda qərar qəbul edib. Müəyyən olunub ki, yeni prezident 5 il işləyəcək” -deyə, mənbə bildirib.
Məlumata əsasən, məhkəmənin qərarı mayın 16-da açıqlanacaq.
Ukraynada prezident seçkisi mayın 25-də keçiriləcək.