Ukraynada öldürülən jurnalistin qatilləri saxlanıldı
16 aprel 2015 18:39 (UTC +04:00)

Ukraynada öldürülən jurnalistin qatilləri saxlanıldı

 

Kiyevdə öldürülən ukraynalı jurnalist Sergey Suxobokun qatili saxlanılıb. APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin paytaxt idarəsi məlumat yayıb.

 

 

Araşdırma zamanı məlum olub ki, “Obkom” və ProUA internet-qəzetlərinin təsisçilərindən biri olan mərhum jurnalist tanışının bağ evində yaşayıb və son bir neçə ayda 2 qonşusu ilə tez-tez davaları olub. Aprelin 12-də onlar içkili və aqressiv şəkildə yenidən S.Suxobokun yanına gələrək növbəti dəfə mübahisə edib, daha sonra davaya başlayıblar. “Əvvəlcə qonşular onu evində döyüblər, daha sonra onu küçəyə çıxararaq ələ salmağa başlayıblar. Nəhayət ölümcül döydükləri jurnalisti hadisə yerində qoyaraq gediblər”,- deyə DİN-in məlumatında deyilir. Jurnalistin döyülməsi barədə polisə məlumat martın 13-də daxil olub. S.Suxobok tibbi yardın göstərilən zaman ölüb.

Polis təqsirləndirilən şəxsləri yaşadıqları evdə saxlayıb. Onların geyimləri götürülərək ekspertizaya göndərilib. Saxlanılanlara qarşı ağır bədən xəsarətləri törətmə maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxslərə qarşı həbs-qətimkan tədbiri seçilib.

“Obkom” saytının məlumatına görə, təqsirləndirilən şəxslərindən biri 1993, digəri isə 1985-ci il təvəllüdlüdür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar