APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, A. Yasenyuk hökumətin ilk iclasında nazirlərin xidməti avtomobillərdən və digər imtiyazlardan imtina etməli olacaqlarını diqqətə çatdırıb: “Heç bir dövlət avtomobilindən, imtiyazdan, nazirlərin saxlanması üçün xərclərdən söhbət gedə bilməz. Dövlətin pulunu qorumaq üçün ən sərt qənaət rejimi həyata keçiriləcək”.