Ukraynanın Xarkov şəhərindəki Vladimir Leninin heykəli dağıdılıb. Lent.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, şəhərin Azadlıq meydanındakı 20 metrlik heykələ fevralda hücum olunsa da, şəhərdəki ruspərəstlər heykəli qorumağa müvəffəq olmuşdular.
Ukraynada “Meydan inqilabı” başlayandan etibarən Sovet vaxtı ucaldılan heykəllər və abidələr dağıdılıb.