Əsir götürülən hərbçilərin videosu yayıldı
26 avqust 2014 15:30 (UTC +04:00)

Əsir götürülən hərbçilərin videosu yayıldı

 

Ukrayna Təhlükəsizlik Xidməti hökumət qüvvələri tərəfindən əsir götürülən rusiyalı hərbçilərin videosunu yayıb. 

 

APA - nın “Reuters”ə istinadən verdiyi məlumata görə, videoda özünü İvan Milçakov kimi təqdim edən şəxs Rusiyanın Kostroma şəhərindən gəldiyini bildirib.

 

"Mən sərhədi harda keçdiyimizi görmədim. Sadəcə bizə dedilər ki, 3 gün ərzində 70 km məsafə qət etmişik. Ümumiyyətlə burada hər şey fərqlidir, televizorda göstərilən kimi deyil. Biz bura qurban kimi gəlmişik”, - deyə o vurğulayıb.

 

Özünü serjant Andrey Generalov kimi təqdim edən hərbçi isə Ukraynadakı proseslərin rusiyalılara aid olmadığını deyib: “Oğlanlarımızın bura göndərilməsini dayandırın. Çünki bu bizim müharibə deyil. Əgər biz burada olmasaydıq, heç nə baş verməzdi. Onlar özləri hökumətlə hər şeyi aydınlaşdırıb həll edəcəkdilər”.

 

Xatırladaq ki, avqustun 25-də Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna sərhədini keçən 10 rusiyalı paraşütçünün əsir götürüldüyü barədə məlumat yayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2087
avatar

Oxşar yazılar