Ukraynada deputat güllələndi
23 may 2015 05:55 (UTC +04:00)

Ukraynada deputat güllələndi

0

Ukraynada Slavutiç şəhər Sovetinin deputatı, UDAR partiyasını təmsil edən Anatoli Qladçenko silahlı hücuma məruz qalıb.

 

APA-nın Ukrayna mətbuatına verdiyi məlumata görə, deputat ağır vəziyyətdə Kiyev xəstəxanalarının birinə çatdırılıb. Onun tezliklə əməliyyat olunacağı bildirilir.

 

Qeyd olunur ki, naməlum şəxs yaxın məsafədən travmatik tapançadan A. Qladçenkonun üz nahiyəsinə iki dəfə atəş açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar