Minskdə imzalanmış atəşkəs haqqında sazişə əsasən, daha 17 Ukrayna hərbçisi əsirlikdən azad edilib.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Pyotr Poroşenko öz şəxsi “Twitter” səhifəsində yazıb.
"Donetskdə əsirlikdə olan 17 hərçi azad edilib. Onlardan 4-ü Milli Qvardiyaçı, 7-i Ukrayna Silahlı Qüvvələrinin əsgəri, 6 nəfəri isə könüllülərdir”, P. Poroşenko qeyd edib.
Noyabrın 15-nə olan məlumata görə, Ukraynada 700-dən çox insan separatçılar tərəfindən əsir saxlanılır.