Ukraynada atəşkəs elan edildi
09 dekabr 2014 00:02 (UTC +04:00)

Ukraynada atəşkəs elan edildi

0

Ukraynanın cənub-şərqində atəşkəs rejimi dekabrın 9-da qüvvəyə minəcək.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, ATƏT müşahidəçilərinin növbəti hesabatında belə deyilir.

 

“Dekabrın 7-də müşahidəçilər qrupu Debaltsevoda yerləşən birgə əlaqələndirilmə və nəzarət Mərkəzinə qayıdıb. Beləliklə, dekabrın 9-u, səhər saat 09:00-dan etibarən atəşkəs rejiminin qüvvəyə minməsi barədə razılıq əldə olunub”, sənəddə qeyd olunub.

 

Bundan əvvəl rəsmi Kiyev tərəflər arasında Minskdə nəzərdə tutulan görüşün baş tutmasından asılı olmayaraq atəşkəsə riayət etməyə vəd etmişdi.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar