Ukraynanın şərqində antiterror əməliyyatı başlayandan bu günədək 363 hərbçi həlak olub, 1434-ü yaralanıb.
Lent.az-ın “UNİAN”a istinadən məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumat mərkəzinin təmsilçisi Andrey Lısenko iyulun 30-da Kiyevdə açıqlama verib.
Son sutka ərzində keçirilən anti-terror əməliyyat nəticəsində bir hərbçi həlak olub, 11-i yaralanıb.