Ukraynada separatçılar və hökumət qüvvələri arasında əsir mübadiləsi baş tutub. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, saxlanılan 38 separatçının 38 ukraynalı hərbçiyə dəyişdirilməsi Donetsk şəhərindən 38 km aralıda baş tutub.
Separatçı “Donetsk Xalq Respublikası”nın nümayəndəsi “RİA Novosti”yə Ukrayna tərəfinin hər dəfə az sayda əsir qaytardığını iddia edərək, bu səbəbdən sentyabrın 21-də Kiyevin əlavə 27 əsir separatçı qaytaracağını bildirib.