Ukraynada 18-24 yaş arasında olan kişilər orduya çağırılır - <span style="color:red;">YENİLƏNİB
02 may 2014 12:08 (UTC +04:00)

Ukraynada 18-24 yaş arasında olan kişilər orduya çağırılır - YENİLƏNİB

Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov dövlətin müdafiə qabiliyyətini yüksəltmək üçün məcburi hərbi xidmətə çağırışın bərpa edilməsi haqda fərman imzalayıb.

 

Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, hərbi mükəlləfiyyətdən azad edilmiş və ya möhlət hüquqlu  vətəndaşlar istisna olmaqla 18-24 yaş arasında olan kişilər bu fərmana əsasən hərbi xidmətə çağırılır.

 

 

Sənəddə bildirilib ki, bu, Ukraynada yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədardır.

 

Sonuncu dəfə Ukrayna ordusuna çağırış 2013-cü ilin oktyabrında olub. 2014-cü ildən isə məcburi hərbi xidmətin ləğvi planlaşdırılmışdı. Ancaq ölkə parlamenti silahlı qüvvələrin yaradılması ilə əlaqədar məcburi hərbi xidməti bərpa edib.

 

Mənbə bildirib ki, 2014-cü ilin sonunadək Ukrayna ordusu peşəkarlardan formalaşmalı idi.

 

2013-cü ilin sonunadək ordunun sıravi və çavuş heyətinin 60 faizi müqavilə üzrə formalaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184
avatar

Oxşar yazılar