Ukrayna XİN rəhbərindən Donbasla bağlı sərt bəyanat
23 sentyabr 2015 05:12 (UTC +04:00)

Ukrayna XİN rəhbərindən Donbasla bağlı sərt bəyanat

0

Ukrayna XİN rəhbəri Pavel Klimkin Minsk sazişinin tətbiqinin 2015-ci ildən sonra davam etdirilməsinə dair dialoqun aparılmasına qarşı olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, P.Klimkin bunu Ukraynanın “24” telekanalına müsahibəsində deyib.

 

“Mən, əslində, “Minsk”in davam etdirilməsinə dair danışıqlara başlamağın əleyhinəyəm”, deyə XİN rəhbəri 2015-ci ildə Minsk sazişinin tətbiqi başa çatdıqdan sonra Kiyevin hansı addımlar atacağına dair suala cavab verərkən bildirib.    

 

Qeyd edək ki, sentyabrın 12-də Berlində “normand dördlüyü” ölkələrin XİN rəhbərlərinin görüşü keçirilib. Görüşdə atəşkəs rejiminin qorunması, ağır silahların təmas xəttindən geri çəkilməsi, Donetsk və Luqansk vilayətlərində yerli seçkilərin keçirilməsi kimi məsələləri müzakirə ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar