Ukrayna XİN başçısı: “İrəliləyişə nail olunmayıb”
04 mart 2016 04:35 (UTC +04:00)

Ukrayna XİN başçısı: “İrəliləyişə nail olunmayıb”

 Normand dördlüyü” çərçivəsində baş tutan danışıqlarda hər hansı irəliləyişə nail olunmayıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyan edib.

 

“Biz təhlükəsizlik məsələlərinə dair bir sıra təkliflərlə Parisə gəlmişdik. Lakin mən danışıqlar nəticəsində hər  hansı irəliləyişə nail olunmasını deyə bilmərəm”, deyə P.Klimkin bildirib.

 

Danışıqların yekunlarını şərh edən Fransa XİN rəhbəri Jan-Mark Eyro, öz növbəsində bildirib ki, Donbasda seçkilər 2016-cı ilin iyulunadək keçiriləcək.

 

Qeyd edək ki, Fransanın paytaxtında “Normand dördlüyü” xarici işlər nazirlərinin görüşü keçirilib. Nazirlər Ukraynada münaqişənin nizamlanma  yollarını müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar