Bu gün NATO Ukraynaya görə toplanacaq - <span style="color:red;">YENİLƏNİB
02 mart 2014 02:50 (UTC +04:00)

Bu gün NATO Ukraynaya görə toplanacaq - YENİLƏNİB

0

Martın 2-də NATO rəhbərliyi Ukraynadakı vəziyyətlə bağlı toplantı keçirəcək. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda qurumun baş katibi Andres Foq Rusmussen bildirib.

 

NATO Şurasının toplantısından sonra Ukrayna - NATO Şurasının görüşü başlayacaq.

***

01.04

Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin ərazi bütövlüyünün qorunması üçün bütün imkanların nəzərdə keçirilməsi ilə bağlı  NATO-ya müraciət edib. Lent.az-ın «unn»-a istinadən məlumatına görə, daxili işlər naziri vəzifəsini icra edən Andrey Deşits keçirdiyi brifinqdə deyib.

 

O, AB və ABŞ təmsilçiləri arasında görüşün olduğunu da söyləyib.

 

«Biz uyğun müraciət və məktubu onlara təqdim etdik. Bundan başqa biz NATO-ya Ukraynanın ərazi bütövlüyünün, ukraynalıların, eləcə də nüvə obyektlərinin qorunması üçün bütün imkanların nəzərdə keçirilməsi ilə bağlı müraciət etmişik»-deyə, diplomat vurğulayıb.

 

 

O, qeyd edib ki, Ukrayna vəziyyətin dinc yolla həlini istəyir: «Biz təxribata və zor tətbiqinə yol verməməliyik».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1161

Oxşar yazılar