Krımda Ukraynanın “1 + 1” və 5-ci kanallarının yayımı dayandırılıb. Lent.az-ın məlumatına görə, “5-ci kanal”ın mətbuat xidməti hazırda efir yayımının bütün muxtariyyət ərazisində olmadığını bildirib.
Daha öncə Rusiyanın “Rossiya 24” telekanalının Krımın müstəqil “Qara dəniz” teleşirkətinin efir tezliklərini ələ keçirdiyi məlum olub. Dövlət teleşirkəti olan “Krım”ı isə Sevastopolda bir neçə silahsız şəxsin əhatəyə aldığı bildirilir. Hazırda şirkətə yalnız öz əməkdaşlarından başqa heç kim buraxılmır. “Krım”ın baş direktoru Stepan Qulevatıyın sözlərinə görə, şirkətin binasını əhatə edənlər heç kiminlə təmas qurmur, tələblərini səsləndirmirlər. Əraziyə milis çağırılsa da, hələ heç kim gəlməyib.