Ukrayna Rusiyanın təkliflərini rədd etdi
17 mart 2014 18:41 (UTC +04:00)

Ukrayna Rusiyanın təkliflərini rədd etdi

Ukrayna Xarici İşlər Nazirliyi ölkədə böhrandan çıxış yolları ilə bağlı Rusiya XİN-in irəli sürdüyü təkliflərin qəbuledilməz olduğunu bildirib.


 

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna XİN-in informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynıs deyib. “Rusiya XİN-in bu bəyanatı ultimatuma bənzəyir. Orada əks olunan mövqe Ukrayna tərəfindən qətiyyən qəbul edilə bilməz”, - deyə o, söyləyib. 

 

Y. Perebiynıs qeyd edib ki, Kiyev və Moskva arasında beynəlxalq vasitəçilərin iştirakı ilə aparılacaq istənilən danışıqlar yalnız Ukraynanın ərazi bütövlüyünə hörmət əsasında keçirilməlidir: “Bu, o deməkdir ki, Rusiya tərəfi dərhal Ukrayna ərazisindəki təcavüzə və təxribatlara son qoymalı, öz  qoşunlarını ölkəmizdən çıxararaq daimi dislokasiya yerlərinə qaytarmalıdır”.   

 

Xatırladaq ki, Rusiya Ukraynada yaranmış böhranın həlli üçün Kiyevin Krım referendumunun nəticələrini tanımasını, gələcəkdə NATO-ya üzvlükdən imtina etməsini, ölkənin federallaşmasını, rus dilinə ikinci dövlət dili statusunun verilməsini təklif edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1544

Oxşar yazılar

NASA-da qalmaqal   – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

NASA-da qalmaqal – Ay daşlarını oğurlayıb sevgilisinə hədiyyə etdi

16 may 2025 , 06:59
Trampın on birinci nəvəsi  dünyaya gəldi

Trampın on birinci nəvəsi dünyaya gəldi

16 may 2025 , 02:53
8 il əvvəl  itkin düşən qızın meyiti başqa ölkədə  TAPILDI

8 il əvvəl itkin düşən qızın meyiti başqa ölkədə TAPILDI

15 may 2025 , 17:28
İnternetdə daxili orqanlarını  satmaq istəyirdi, saxlanıldı

İnternetdə daxili orqanlarını satmaq istəyirdi, saxlanıldı

15 may 2025 , 14:54
Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

Tiktoker canlı yayımda GÜLLƏLƏNDİ

15 may 2025 , 14:40
Varan yeni doğulmuş körpəni yedi

Varan yeni doğulmuş körpəni yedi

15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu

Məşhur aktyor müharibədə həlak oldu

15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33