Ukrayna Rusiyanın “Qazprom”unu məhkəməyə verir
29 aprel 2014 05:59 (UTC +04:00)

Ukrayna Rusiyanın “Qazprom”unu məhkəməyə verir

Aprlein 28-də Ukraynanın baş naziri Arsenii Yatsenyuk keçirdiyi mətbuat konfransında təbii qazın qiyməti ilə bağlı Rusiyanın “Qazprom” dövlət şirkətinə qarşı Stokholhm arbitraj məhkəməsində iddia qaldırdıqlarını bildirib.

 

Lent.az-ın “Ukrainskaya pravda”-ya istinadən məlumatına görə, o, deyib ki, artıq şirkətə qarşı iddialar məhkəməyə göndərilib və Rusiya tərəfi ilə tələbləri “tərəfsiz ərazidə, məhz Londonda” müzakirə etməyi planlaşdırıblar.

 

“Ukrayna Rusiyanın təbii qazı üçün 2014-cü ilin əvvəlində təyin olunmuş min kub metr üçün 268 dollar ödəməyə hazırdır. Əgər Rusiyanın “Qazprom” şirkəti müsbət cavab verərsə, o zaman Ukrayna əvvəlki hökumətin 2,2 milyard dollar borcunu təxirə salmadan ödəyəcək ” -deyə, Yatsenyuk bildirib.

 

Baş nazirin sözlərinə görə, Ukrayna qaz müqaviləsi ilə bağlı bəzi şərtlərə də yenidən baxılmasını istəyir: “Əgər 30 gün ərzində uyğun razılaşma əldə edilməzsə,  o zaman bizim Rusiyanın təbii qaz inhisarçısı ilə mübahisəmiz məhkəmə mərhələsinə keçəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599
avatar

Oxşar yazılar