Ukrayna Rusiyanı terrorçuluğa qarşı mübarizəyə dair konvensiyanı pozmaqda ittiham edərək BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın ədliyyə naziri Pavel Petrenko “5-ci kanal” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Ukrayna tərəfi artıq sübutları toplayıb və Rusiya tərəfi ilə qeyd olunan iş üzrə məhkəməyəqədər kommunikasiya prosesini yekunlaşdırmaq ərəfəsindədir və bundan dərhal sonra məhkəməyə müraciət niyyətindədir.