Kiyev həftənin sonunadək Rusiyadan 1 mldr kubmetr almaq niyyətindədir. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Energetika Nazirliyinin saytında deyilir.
Məlumata görə, müvafiq bəyanat Ukrayna Energetika Nazirliyinin rəhbəri Vladimir Demçişin ABŞ-ın Ukraynadakı səfiri Ceffi Payett və Aİ-nin Kiyevdəki səfiri Yan Tombinski ilə görüşündən sonra verilib.
Qeyd edək ki, bundan əvvəl “Naftoqaz”-ın rəhbəri Andrey Kobolev Ukraynanın qış mövsümü dövründə “Qazpromdan” 5 mlrd kubmetrdən çox qaz tədarük edəcək.