Ukrayna hakimiyyəti Krımdakı mülkiyyətinin siyahısını tərtib edib və ilk növbədə onların qaytarılmasının Rusiyada istəyir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Odessa limanında yerini dəyişməyə hazırlaşan “Ternopol” hərbi gəmisindən başqa Kiyev Moskvadan daha 70 gəmisinin qaytarılmasını tələb edib.
“Mən ümid edirəm ki, siyahıdakıları, istədiklərimizi geri qaytaracaqlar. Orada elə sursat və silahlar var ki, onları heç geri istəmirik. Ancaq Müdafiə və Daxili İşlər nazirliklərinin hazırladığı siyahıya əsasən, biz “Ternopol”-dan başqa daha 70 gəmini qaytarılması istəyirik” - deyə, Ukrayna prezident administrasiyasının müvəqqəti başçısı Sergey Paşinski bildirib.
Rusiya tərəfinin məlumatına əsasən, Krım ərazisində hazırda Ukrayna hərbi Dəniz Donanmasına məxsus 79 gəmi qalıb. Rusiya Hərbi Dəniz Donanmasının komandanı Viktor Çirkov bildirib ki, 79-dan 25-i döyüş gəmisidir.