Ukrayna Rusiya ilə məhkəmədə görüşməyə hazırdır
09 dekabr 2015 22:21 (UTC +04:00)

Ukrayna Rusiya ilə məhkəmədə görüşməyə hazırdır

Ukrayna Rusiya ilə 3 milyardlıq borca görə məhkəmədə görüşməyə hazırdır.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukrayna baş naziri Arseni Yatsenyuk bəyan edib.

 

“Əgər Rusiya Ukraynanı məhkəməyə verirsə, biz buna tam hazırıq”, deyə A.Yatsenyuk nazirlər kabinetinin iclasında bildirib.

 

Onun sözlərinə görə, borcun restrukturizasiya olunması ilə bağlı Ukrayna beynəlxalq kreditorlarla müqayisədə Rusiyaya daha əlverişli şərait yaratmayacaq.

 

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna 3 milyard dollarlıq borcu qaytarmasa, rəsmi Moskva məhkəməyə müraciət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar