Ukrayna Rusiyanın 12 aviaşirkətini ölkənin hava məkanından istifadə qaydalarını pozduğuna görə 9 mln dollar cərimələyib. Lent.az-ın “UNİAN”a istinadən verdiyi xəbərə görə, cərimələr Ukrayna Dövlət Aviasiya Xidməti tərəfindən tətbiq edilib. Məlumata görə, ən böyük cərimələr “Aeroflot” və “Vim-Avia” şirkətlərinə tətbiq edilib. Siyahıda həmçinin dövlətin birinci şəxslərinin daşınmasını həyata keçirən “Rossiya” xüsusi aviadəstəsi və “Qazprom Avia” şirkəti də var.
Qeyd edək ki, cərimələnmiş aviaşirkətlərin siyahısına Krıma uçuşlar həyata keçirən “Dobrolyot” və “Transaero” şirkətləri daxil edilməyib.