Ukrayna Qazaxıstana nota verib
27 mart 2014 20:01 (UTC +04:00)

Ukrayna Qazaxıstana nota verib

0

 

Ukrayna Xarici İşlər Nazirliyi Qazaxıstana nota verib.


 

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, notada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin martın 25-də Haaqada keçirdiyi brifinqdə Ukrayna ilə bağlı söylədikləri fikirlərlə bağlı narahatlıq ifadə olunub.

 

Qazaxıstanın Ukraynadakı səfirliyin müşaviri Arqin Ospanov Ukrayna XİN-ə çağırılıb.

 

Notanı ona Ukrayna xarici işlər nazirin birinci müavini Natalya Qalibarenko təqdim edib.

 

Notada bildirilib ki, N. Nazarbayevin bəyanatı beynəlxalq hüquq və bir çox dövlətlərin mövqeyi ilə ziddir, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinə zərbə vurur və Ukrayna tərəfindən qəbul edilməzdir.

 

Qeyd edək ki, N. Nazarbayev Haaqada keçirilən brifinqdə bildirib: «Ukraynanın əsas məqsədi seçkilərin keçirilməsi və vəziyyətin normallaşdırılması, qanuni prezidentin seçilməsi və legitim hökumətim formallaşdırılması olmalıdır».

 

O, əlavə edib ki, bunun əsasında da sülh danışıqlarını keçirmək və vəziyyətdən çıxış yollarını axtarmaq lazımdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1572

Oxşar yazılar